Bakıda uşaq 5-ci mərtəbədən yıxıldı - Vəziyyəti AĞIRDIR
Bakının Yasamal rayonunda 8 yaşlı uşaq binanın 5-ci mərtəbəsindən aşağı yıxılıb.
Redaktor.az xəbər verir ki, hadisə Yasamal rayonunda olub.
2018-ci il təvəllüdlü Mərdiyeva M. yaşadığı mənzilin balkonundan yıxılıb. Ağır xəsarətlər alan uşaq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Onun vəziyyətinin ağır olduğu bildirilir.













