Goranboyda göldə həkimin meyiti TAPILDI - FOTO

 16:07 01.07.2026     1492

Goranboyda göldən meyit tapılıb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb. Rayon sakini 1973-cü il təvəllüdlü Sevda Nəbiyevanın meyiti Səfikürd gölündə aşkarlanıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Məlumata görə, göldən meyiti tapılan qadın Goranboy rayon mərkəzi xəstəxanasının həkimi olub.

Hadisənin baş vermə səbəbləri araşdırılır (APA).

Vumart və Güvən reklamı Vumart Güvən