Qazaxda yeniyetmə çayda BATDI

 19:25 02.07.2026     226

Qazaxda bir nəfər çayda batıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə Bala Çaylı kəndi ərazisində qeydə alınıb.

Kənd ərazisindən keçən Coğazçay çayında batan şəxsin yeniyetmə olduğu bildirilir.

Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb ediliblər. Hazırda yeniyetmənin axtarışları davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən