Müayinə üçün xəstəxanaya gedən qadın ÖLDÜ
Gəncədə xəstəxanaya müayinəyə gedən qadın ölüb.
Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, ölüm hadisəsi Gəncə şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan xəstəxanaların birində baş verib.
Belə ki, MRT-yə gedən 1958-ci il təvəllüdlü Zenfira Cəfərovanın qəfil halı pisləşib. Ona dərhal təcili tibbi yardım göstərilib. Müayinə zamanı qadının öldüyü məlum olub.
Məlumata görə, Z.Cəfərova xəstəxanaya qarın boşluğunun müayinəsinə gedibmiş.













