İsmayıllıda ağır qəza: 2 ölü, 1 yaralı

 17:51 04.07.2026     342

İsmayıllı rayonunda "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq beton maneəyə çırpılıb.

Redaktor.az xəbər verir ki, nəticədə nəqliyyat vasitəsində olan 52 yaşlı İlqar Süleymanov və 67 yaşlı Elmira Duxiyeva aldıqları xəsarətlərdən hadisə yerində ölüb, bir nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır./Report

Vumart və Güvən reklamı Vumart Güvən