Mərdəkanda dənizdə batan şəxsin axtarışları davam EDİR

 12:19 07.07.2026     189

Dünən axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə bir nəfərin batması barədə ilkin məlumat daxil olub və dərhal əraziyə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunaraq axtarışlara başlanılıb.

FHN-dən Redaktor.az-a bildirilib ki, hazırda vətəndaş - 2010-cu il təvəllüdlü Vüsal Arif oğlu Hümbətovun batdığı ehtimal olunan istiqamətlərdə axtarışlar davam etdirilir.

Əlavə məlumat veriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən