Taxılla dolu TIR yandı - VİDEO

 12:36 08.07.2026     197

Ötən gün Oğuz rayonunda yük avtomobili yanıb.

Redaktor.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyidən (FHN) bildirilib ki, “MAN” markalı yük avtomobilinin kabinə hissəsində baş vermiş yanğın yük hissəsinə keçməsinə, habelə ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yük avtomobilinin kabinə hissəsi və ön təkərləri yanıb.

Avtomobilin qalan hissəsi, yük yerinə yığılmış 25 ton buğda və əkin sahəsi yanğından mühafizə olunub.

Vumart və Güvən reklamı Vumart Güvən