76 kq narkotik vasitə və 2000 ədəd psixotrop həbi dövriyyədən çıxarıldı - VİDEO

 09:56 09.07.2026     312

Lənkəran və Yevlaxda keçirilən növbəti tədbirlərlə əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunan Anar Hüseynov, Asim Səfərov və Vüsal Ağahəsənov saxlanılıblar.

Bu barədə Redaktor.az-a DİN-dən məlumat verilib.

Onlardan 76 kiloqram tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana və 2000 ədəd metadon həbi aşkarlanıb. Saxlanılan şəxslərin xarici ölkələrdə yaşayan narkotacirlərin tapşırığı ilə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən edilib.

Faktla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

76 kq narkotik vasitə və 2000 ədəd psixotrop həbi dövriyyədən çıxarıb - VİDEO

Vumart və Güvən reklamı Vumart Güvən