Müşfiqabadda yaşayış binasında yanğın OLDU

 21:57 10.07.2026     382

Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yanğın hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə qəsəbədə yerləşən 19 nömrəli beşmərtəbəli yaşayış binasının şaxtasında qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə qarşısı alınıb və alov tamamilə söndürülüb (oxu.az).

Vumart və Güvən reklamı Vumart Güvən