Gənc oğlan məktəbin həyətində BIÇAQLANDI

 09:16 11.07.2026     423

Bakının Sabunçu rayonunda internat məktəbinin həyətində bir nəfər bıçaqlanıb.

Redaktor.az "Teleqrafa"a istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində yerləşən 293 saylı orta məktəbin həyətyanı sahəsində qeydə alınıb.

2004-cü il təvəllüdlü Hüseynov Şamil Amil oğlu tanışı ilə dava zamanı bıçaqlanıb.

Onun qollarına 4, döş qəfəsi nahiyyəsinə 1 bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hazırda hadisəni törədən şəxsin axtarışı aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən