Kəlbəcərdə 5 gün əvvəl çayda batan azyaşlının meyiti tapıldı - YENİLƏNİB
Kəlbəcər rayonunda çayda batan uşağın meyiti tapılıb.
Redaktor.az xəbər verir ki, 2015-ci il təvəllüdlü Y.Abutalıbovun meyiti FHN-in dalğıc-xilasediciləri tərəfindən çaya düşdüyü yerdən təxminən 600 metr aralıda aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
***
12 iyul, 22.14
Kəlbəcərdə bədbəxt hadisə baş verib.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Çəpli kəndi ərazisində qeydə alınıb.
Belə ki, 2015-ci il təvəllüdlü Z. Abutalıbov çaydan su götürmək istəyərkən çaya düşüb.
Dərhal hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Hazırda yeniyetmənin axtarışları davam etdirilir.
Faktla bağlı araşdırma aparılır (APA).













