Yeniyetməyə qarşı soyğunçuluq edən şəxs saxlanıldı

 16:24 13.07.2026     219

Paytaxtın Qaradağ rayonunda yerləşən marketlərin birində yeniyetməyə qarşı soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı T.Şotayev müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun zərərçəkənin pulunu xırdalamaq adı ilə ələ keçirərək hadisə yerindən qaçdığı məlum olub.

Araşdırma davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən