Ağdərədəki qəzada beşaylıq körpə də xəsarət alıb: Cinayət işi başlanıldı

 12:19 15.07.2026     332

Ağdərə rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı beşaylıq körpə də xəsarət alıb.

Redaktor.az oxu.az-a istinadla xəbər verir ki, hadisə ötən gün Ağdərə rayonu Zəylik kəndi ərazisində baş verib.

Nazim Yunis oğlu Əsgərovun idarə etdiyi "Toyota Hillux" markalı avtomobilin dərəyə aşması nəticəsində sürücü və avtomobildə olan arvadı Könül Əsgərova hadisə yerində ölüb, qızı Mələk İsmayılova və beşaylıq nəvəsi Uğur İsmayılzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən