Dələduzlar Bartunun adından istifadə etdi - Aparıcı polisə üz tutdu
Zaur Kamal ailəsinin adından hüquq-mühafizə orqanlarına şikayət edib.
Redaktor.az xəbər verir ki, aparıcının oğlunun adından saxta profil və ya nömrələrlə tanınmış şəxslərə müraciət olunaraq pul tələb olunub.
Sosial şəbəkə hesabında paylaşım edən Zaur Kamal bildirib:
"Artıq polisə müraciət etmişəm. Bir müddətdir oğlumun adından istifadə edərək məşhur şəxslərdən pul tələb olunur. Hər kəsdən xahiş edirəm ki, bu cür dələduzluq hallarına qarşı diqqətli olsunlar".













