Qapısı açıq qalan evə girib 1700 manatı və telefonu oğurladı

 14:53 17.07.2026     340

Paytaxtın Yasamal rayonu ərazisində yerləşən evlərin birində talama hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, naməlum şəxs mənzilin qapısının açıq olmasından istifadə edərək evə daxil olub və zərərçəkənin içərisində 1700 manat olan pul kisəsini, eləcə də mobil telefonunu oğurlayıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 34 yaşlı S.Kişiyeva müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən