Zərdabda avtomobil yol kənarındakı maneəyə çırpıldı - Xəsarət alanlar VAR

 13:39 18.07.2026     292

Zərdabda yol qəzası olub, xəsarət alanlar var. 

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə Ucar-Zərdab avtomobil yolunun rayonun Çallı kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb. 

İlkin məlumata görə, hadisə zamanı ikisi ağır olmaqla, 4 nəfər - sürücü Q. Vahidov, sərnişinlər Ə. Əzizov, E. Ömərov və C. Ağayev xəsarətlər alıblar.

Fakt araşdırılır.

22
Vumart və Güvən reklamı Vumart Güvən