Göygöldə 4 kəndi birləşdirən körpü qəzalı vəziyyətə düşdü - FOTO

 18:12 18.07.2026     329

Göygöldə strateji əhəmiyyətə malik körpü qəzalı vəziyyətə düşüb.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, buna səbəb son günlər Qərb bölgəsinə yağan leysan xarakterli yağışlar səbəb olub.

Körpü Göygöl rayonunda ümumi 5 min nəfər əhalini birləşdirir. Belə ki, körpü Yeni Zod–Çaykənd–Qarabulaq–Quşçu–Sarısu avtomobil yolunun üzərindədir.

Həmçinin Goranboy rayonunun Todan, Erkəc, Mənəç və Buzluq kəndlərini birləşdirir.

Qeyd edək ki, körpü 1960-cı illərdə inşa olunub.


 

Vumart və Güvən reklamı Vumart Güvən