İsmayıllıda qəza - 3 ölü - YENİLƏNİB
İsmayıllıda baş vermiş ağır avtomobil qəzası zamanı dünyasını dəyişən şəxslərdən ikisinin kimliyi məlum olub.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, yol-nəqliyyat hadisəsi zamanı motosikletin sürücüsü 23 yaş Nihad Allahverənov, “Opel” markalı minik avtomobilinin sürücüsü 38 yaş İsa Rzayev ölüb.
Qəzada ölən digər şəxsin kimliyi müəyyənləşdirilir.
***
İsmayıllı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, “Opel” markalı minik avtomobili və motosikletin toqquşması nəticəsində avtomobildə olan 2 nəfər, eləcə də motosikiletin sürücüsü ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nIN sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
***
İsmayıllıda ağır avtomobil qəzası baş verib.
Redaktor.az xəbər verir ki, ilkin məlumata əsasən, hadisə Qurbanəfəndi kəndi istiqamətində yolda baş verib.
Hadisə nəticəsində 3 nəfər ölüb.
Əlavə məlumat veriləcək (APA).













