Qubada 7 kq narkotik aşkarlandı - FOTO

 11:07 20.07.2026     214

Qubada 7 kiloqram marixuana aşkarlanıb.

Redaktor.az xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti tədbirlərlə bu əməldə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 52 yaşlı Şəmşir Əmiraslanov saxlanılıb. Onun üzərinə baxış zamanı 7 kiloqram marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Ş.Əmiraslanov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Qubada 7 kq narkotik aşkarlanıb

Vumart və Güvən reklamı Vumart Güvən