Xaçmazda dənizdə batan yeniyetmənin meyiti TAPILDI

 12:54 23.07.2026     244

Xaçmaz rayonunda dənizdə batan yeniyetmənin meyiti tapılıb.

Redaktor.az-ın məlumatına görə, Seyidli kəndinin ərazisində dənizdə batan 2008-ci il təvəllüdlü A.X.nin meyiti sudan çıxarılıb.

Qeyd edək ki, yeniyetmə iyulun 21-də rayonun Nabran kəndində dənizdə nəzarətsiz ərazidə batıb.

Faktla bağlı araşdırma aparılır (APA).

Vumart və Güvən reklamı Vumart Güvən