Xankəndidə kafedə yanğın - xəsarət alanlar var - ADLAR

 21:34 23.07.2026     481

Xankəndi şəhərində kafedə yanğın baş verib.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən “Turan” kafesində qeydə alınıb.

Yanğın zamanı kafedə çalışan 1983-cü il təvəllüdlü Əsədova Zibeydə Bulud qızı və 1997-ci il təvəllüdlü Cəfərova Fidan Sücaət qızı yanıq xəsarətləri alıblar.

Yaralılar hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən