Elnur Kərimovu ilan sancdı - FOTO - YENİLƏNİB
Aktyor Elnur Kərimovda ilan zəhərlənməsi təsdiqlənməyib.
Redaktor.az xəbər verir ki, bu məlumatı oxu.az-a açıqlamasında Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat katibi Ruzbeh Məmməd deyib.
"İyulun 24-də 1981-ci il təvəllüdlü şəxs (kişi) ilan sancması şübhəsi ilə Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə qəbul edilib. Aparılan müayinələr nəticəsində şəxsdə ilan zəhərlənməsi təsdiqlənməyib. Vətəndaş ambulator müalicə üçün evə buraxılıb", - deyə R.Məmməd bildirib.
***
Əməkdar artist Elnur Kərimovu ilan sancıb.
Redaktor.az xəbər verir ki, bu barədə aktyor özü sosial şəbəkə hesabında məlumat yayıb.
Xəstəxanadan paylaşım edən E.Kərimov “İlan sancması yaman olurmuş” sözlərini yazıb.













