Göygöldə keçirilən festivalda çardaq aşdı – Yaralıların vəziyyəti açıqlandı
Göygöldə keçirlən Milli Yaylaq Festivalında quraşdırılmış çardaq uçaraq ərazidə olan insanların üzərinə aşıb.
Redaktor.az xəbər verir ki, Göygöl rayonunda baş verən hadisə nəticəsində 25.07.2026-cı il tarixində saat 19:20 radələrindən etibarən 3 nəfər (qadın) Göygöl Rayon Mərkəzi Xəstəxanasına, 4 nəfər (2 kişi, 2 qadın) isə Gəncə Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən bildirilib ki, bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilən şəxslərdən 5 nəfərin müalicəsi Gəncə Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananda davam etdirilir. Vəziyyətləri orta-ağır qiymətləndirilir.
Qeyd edilib ki, iki nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.













