Kürdəmirdə zəncirvari qəza - Xəsarət alanlar var

 12:15 26.07.2026     299

Kürdəmirdə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Ağsu–Kürdəmir–İmişli rayonun Təklə kəndinin keçən hissəsində qeydə alınıb.

Belə ki, “Daewoo” markalı avtomobil yol kənarında dayanmış “VAZ-2106” markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən nəqliyyat vasitəsi hərəkətdə olan digər “VAZ-2106” markalı avtomobilə dəyib.

Qəza nəticəsində avtomobillərdən biri aşıb. Nəticədə avtomobilin yaxınlığında dayanan rayon sakinləri 1992-ci il təvəllüdlü Kamran Məmmədov və 1999-cu il təvəllüdlü Əlismayıl Əliyev nəqliyyat vasitəsinin altında qalaraq ağır xəsarət alıblar.

Yaralılar Xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


 

Vumart və Güvən reklamı Vumart Güvən