Kişi Qarabağ suvarma kanalında BATDI

 10:04 27.07.2026     249

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə 26 iyul 2026-cı il tarixində Qarabağ suvarma kanalının Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə Redaktor.az-a FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 1993-cü il təvəllüdlü İbrahimov Orxan Feyruz oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən