Laçında 1,2 ton çətənə kolu məhv edildi

 12:25 27.07.2026     226

Laçında 1 ton 200 kiloqram çətənə kolu məhv edilib.

Redaktor.az DİN-ə istinadən xəbər verir ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Hoçaz kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 1 ton 200 kiloqram olan 782 ədəd çətənə kolu məhv edilib.

Vumart və Güvən reklamı Vumart Güvən