Çayda çimərkən xəsarət almışdı - Xəstəxanada öldü

 22:52 27.07.2026     307

Bir neçə gün öncə çayda çimərkən boyun nahiyəsindən xəsarət alan gənc ölüb.

Redaktor.az xəbər verir ki, hadisə Masallı rayonu ərazisində yerləşən çayda qeydə alınıb.

Belə ki, Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 2003-cü il təvəllüdlü Coşqun Quliyev çaya tullanan zaman boyun nahiyəsindən xəsarət alıb. 

O, müalicə aldığı xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır (Qafqazinfo).

Vumart və Güvən reklamı Vumart Güvən