Bakıda marşrut avtobusu yük avtomobilinə çırpıldı - VİDEO

 10:34 29.07.2026     398

Bu gün səhər saatlarında Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində marşrut avtobusu ilə yük avtomobili toqquşub.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, 107 saylı xətt üzrə hərəkət edən iritutumlu avtobus eyni istiqamətdə olan yük maşınına arxadan çırpılıb.

Nəticədə avtobusa ciddi zərər dəyib. Hadisə vaxtı avtobusda sərnişin olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən