9 yaşlı uşağı vuran “Niva” dərəyə aşdı - FOTO

 14:14 29.07.2026     1149

Göygöldə piyadanı vuran avtomobil aşıb.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Toğanalı kəndində qeydə alınıb.

Belə ki, Gəncə sakini Əli Dünyamalıyev idarə etdiyi “Niva” markalı avtomobillə 2017-ci il təvəllüdlü N. Balaşovanı vurub.

Sonradan “Niva” dərəyə aşıb. Hadisə zamanı sürücü və daha bir nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən