Zaqatalada kütləvi zəhərlənmə - Prokurorluq araşdırma BAŞLATDI - YENİLƏNİB

 14:53 29.07.2026     1283

Dünən saat 09:30 radələrindən başlayaraq, 14 nəfər (9 kişi, 3 qadın cinsli, 2-si azyaşlı olmaqla) zəhərlənmə şübhəsi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Redaktor.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirildilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıblar.

Məlumata görə, dönərdən zəhərlənmə şübhəsi ilə Zaqatala RMX-nın Təcili Tibbi Yardım şöbəsinə müraciət edən şəxslər Zaqatala şəhəri ərazisindəki dönərxanadan dönər alıb yediklərini bildiriblər.

***

Zaqatalada kütləvi zəhərlənmə olub.

Redaktor.az xəbər verir ki, 10-dan çox şəxs zəhərlənmə əlaməti ilə xəstəxanaya müraciət edib.

İlkin məlumata görə, onlar dönərdən zəhərləniblər.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır (APA).

 

 

 

Vumart və Güvən reklamı Vumart Güvən