16 yaşlı qız zəhərlənərək ÖLDÜ - YENİLƏNİB
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yevlax şəhəri, Salatın Ə. küçəsi ərazisindən çağırış qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olar TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (qadın) həkiməqədər ölüm faktı qeydə alınıb.
***
Yevlaxda 16 yaşlı yeniyetmə zəhərlənərək ölüb.
Redaktor.az xəbər verir ki, Yevlax şəhər sakini, 2010-cu il təvəllüdlü M. Əzizova qida zəhərlənməsi şübhəsi ilə Yevlax Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda vəfat edib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Hadisənin dəqiq səbəbi aparılacaq ekspertiza və araşdırmaların nəticəsindən sonra məlum olacaq (APA).













