Qanunsuz saxlanılan silahlar aşkarlandı

 11:22 01.08.2026     283

İyulun 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 tapança, 2 tüfəng, 3 patron darağı və 22 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. 

DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən