“VAZ” 8 yaşlı uşağı vurub yük maşını ilə toqquşdu - FOTO
Tovuzda minik maşını yük avtomobili ilə toqquşub.
Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Azaflı kəndində qeydə alınıb.
Belə ki, “VAZ 21 07” markalı avtomobil 8 yaşlı N.O-nu (Ad şərtidir) vurub.
Daha sonra “ZİL” markalı maşınla toqquşub.
Uşaq ağır bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda onun müalicəsi davam edir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
















