Moskvadan Bakıya qonaq gəlmişdilər - Faciəvi şəkildə öldülər

 09:35 03.08.2026     352

Buzovnada çimərlikdə 2 nəfər dənizdə batıb.

Redaktor.az xəbər verir ki, bu barədə bloqer Saleh Nəsirov paylaşım edib.

Onun sözlərinə görə, dənizdə qayalıq ərazidə 2 qız, 2 oğlan olmaqla 4 nəfər batma təhlükəsi ilə üzləşib. Onlardan 11 və 22 yaşlı oğlanların həyatını xilas etmək mümkün olmayıb. Qızlar isə sahilə çıxarılıb.

Bildirilib ki, boğulan oğlanlar xalaoğlu olublar. Onlar Moskvadan Bakıya toya gəlibmiş.

Vumart və Güvən reklamı Vumart Güvən