Ağdərədə mina partladı - 2 yaralı - YENİLƏNİB

 11:59 03.08.2026     360

Ağdərə rayonu Çardaqlı kəndi ərazisində baş verən partlayış səbəbilə xəsarət alan 2 nəfər (kişi) 3 avqust tarixində saat 10:40 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Redaktor.az xəbər verir ki, bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.

Məlumata görə, onlardan 1994-cü il təvəllüdlü şəxsə sağ aşıq baldırın amputasiyası, 1998-ci il təvəllüdlü şəxsə isə qarının ön divarının çoxsaylı qəlpə yaraları diaqnozu təyin edilib.

Xəsarət alan şəxslərdən 1998-ci il təvəllüdlü şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Digər pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

***

İşğaldan azad edilmiş Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində 3 avqust tarixində mina hadisəsi baș verib.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatında deyilir.

Məlumata görə, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1994-cü il təvəllüdlü Surxaylı Əlzamin Vəzir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Surxaylı Əlzamin sağ ayaq nahiyəsindən xəsarət alıb.

Hadisə zamanı digər əməkdaş 1998-ci il təvəllüdlü Mirzəyev Füzuli Rizvan oğlu yüngül bədən xəsarətləri alıb.

Xəsarət alan əməkdaşlar rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir.

Vumart və Güvən reklamı Vumart Güvən