Bakıda torpaq uçqunu - Maşınlara zərər dəydi - VİDEO

 12:22 03.08.2026     384

Paytaxtın Xətai rayonu Əhmədli qəsəbəsində torpaq uçqunu olub.

Redaktor.az xəbər verir ki, hadisə Gəncə prospektində yeni tikilmiş binalardan birinin yaxınlığında baş verib.

Təpəlik ərazidən uçan torpaq qatı orada park edilmiş avtomobillərin üzərinə düşüb. Nəticədə, bir neçə maşına zərər dəyib.

Xatırladaq ki, bu ərazidə daha əvvəl də oxşar hadisələr qeydə alınıb.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Vumart və Güvən reklamı Vumart Güvən