Azərbaycanda kişi arvadını bıçaqladı - Daha sonra özünü öldürdü

 16:41 03.08.2026     287

Abşeron rayonunda ər arvadını bıçaqlayıb, daha sonra özünü öldürüb.

Redaktor.az xəbər verir ki, hadisə dünən axşam saatlarında Xırdalanda qeydə alınıb.

İlkin məlumata görə, 1972-ci il təvəllüdlü Tərlan İbrahimov arvadına bıçaqla xəsarət yetirib, daha sonra özünə xəsarət yetirərək öldürüb.

Qadın xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır (APA).

Vumart və Güvən reklamı Vumart Güvən