Ağcabədidə iki avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO

 09:55 05.08.2026     277

Ağcabədidə yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az "Teleqraf"a istinadla xəbər verir ki, qəza rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Toyota" markalı avtomobil qarşıdan gələn "VAZ-2107" markalı avtomobillə toqquşub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Medial

Medial

Vumart və Güvən reklamı Vumart Güvən