Ədliyyə və DİN-dən birgə əməliyyat - Məhkumun gizlətdiyi silah üzə çıxdı - FOTO

 14:10 05.08.2026     231

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.

Bu barədə Redaktor.az-a Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Abşeron rayonu, Digah qəsəbəsi ərazisində torpağa basdırılaraq gizlədilmiş 1 ədəd "Kalaşnikov" markalı avtomat silah, ona məxsus 1 ədəd daraq və 96 ədəd 7,62 kalibrli güllə, 1 ədəd əl qumbarası aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.Ədliyyə və DİN-dən birgə əməliyyat - Məhkumun gizlətdiyi silah üzə çıxdı (FOTO)

Vumart və Güvən reklamı Vumart Güvən