Mənzil almaq adı ilə evə girdi, 5 minlik qızıl OĞURLADI

 18:00 05.08.2026     298

Abşeronda özünü mənzil alan müştəri kimi təqdim edərək evdən 5 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı R.Quliyeva müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin özünü mənzil almaq istəyən müştəri kimi təqdim edərək mənzilə daxil olduğu və ev sahibinin diqqətinin yayınmasından istifadə edərək oğurluq etdiyi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən