Bərdədə açıq sahədə yanğın oldu - VİDEO

 15:00 06.08.2026     246

Bərdə rayonunun Zümürxan kəndi ərazisində açıq sahədə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Bərdə Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 800 kv.m. quru ot və kol-kos yanıb. Ağaclar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Vumart və Güvən reklamı Vumart Güvən