Beyləqanda bir nəfər suda boğuldu - YENİLƏNİB

 09:48 07.08.2026     274

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə 6 avqust 2026-cı il tarixində Beyləqan rayonu, Birinci Şahsevən kəndində "Yeni Xan qızı" kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.

Redaktor.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Hazırda batması ehtimal edilən 2007-ci il təvəllüdlü Əhmədov Amin Zamir oğlunun axtarışları davam etdrilir.

Əlavə məlumat veriləcək.

***

Beyləqanda bir nəfər suda boğulub.

Redaktor.az xəbər verir ki, ötən gün rayon sakini Amin Əhmədov Birinci Şahsevən kəndi ərazisindən keçən “Yeni Xan Qızı” adlı beton kanalda çimərkən suda boğularaq ölüb.

Amin Əhmədovun meyitinin tapılması üçün axtarışlar davam etdirilir.

Fakt üzrə Beyləqan rayon prokurorluğunda araşdırma aparılır (APA).

Vumart və Güvən reklamı Vumart Güvən