Bakının mərkəzində restoranda yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİB

 15:05 07.08.2026     623

Avqustun 7-də saat 11:35 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Y. Məmmədəliyev küçəsi ərazisindən yanğın hadisəsi səbəbilə çağırış qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə APA-ya TƏBİB-dən bildirilib.

"Çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (kişi) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Onlara dərhal zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb. Tüstüdən zəhərlənmə diaqnozu təyin edilən şəxslərin vəziyyəti stabil qiymətləndirilir və müalicələri Toksikologiya şöbəsində davam etdirilir. 4 nəfərə (1 qadın, 3 kişi) isə stresə qarşı və tüstüdən zəhərlənmə ilə əlaqədar yerində yardım olunub".

***

Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yanğın 3 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində olan qeyri-yaşayış hissəsində baş verib.

Redaktor.az xəbər verir ki, bunu hadisə yerində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qərargahının rəisi polkovnik İlqar Nəsibov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yanğın 120 kv.m ərazini əhatə edib, bina qədimi bina olduğu üçün taxta konstrustliyadan ibarət olub. Yanğın zamanı binadan 6 nəfər təxliyə edilib, bir yaşlı vətəndaş həkimə müraciət edib. Həyatı üçün təhlükə yoxdur.

Qərargah rəisinin sözlərinə görə, 12 texnika olmaqla, 62 şəxsi heyət hadisə yerinə cəlb edilib, yanğın məhdudlaşdırılıb. Hadisənin baş vermə səbəbi araşdırılacaq, ictimaiyyətə məlumat veriləcək.

***

Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində binanın birinci mərtəbəsində yerləşən restoranda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Redaktor.az xəbər verir ki, yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Bakının mərkəzində yerləşən binada yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

FHN-dən Redaktor.az-a verilən məlumata görə, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Təhlükəsizlik tədbirləri çərçivəsində binadakı vətəndaşlar təhlükəsiz əraziyə təxliyə edilib.

***

Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən obyektdə yanğın baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

222222
Vumart və Güvən reklamı Vumart Güvən