Kürdə batan qız Azərbaycan çempionuymuş - YENİLƏNİB

 10:40 10.08.2026     1380

Samuxda 17 yaşlı qızın suda boğulmasının bəzi təfərrüatı məlum olub.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, suda batan 2009-cu il təvəllüdlü Gülnaz Məmmədova Kür çayına ailəsi ilə birlikdə istirahətə gedibmiş.

Qızın nənəsi Gülnaz Məmmədovanın sözlərinə görə, hadisə nəvələri suda çiməndə baş verib:

"Gözümüz baxa-baxa nəvəm suda birdən yoxa çıxdı. Oğlum, digər nəvəm dalınca getdilər, tapa bilmədilər. Keçən dəfə də gəlmişdik. Həmişə üzürdü. Gülnaz elə bilib ki, qardaşı boğulur, onun dalınca suya girmişdi".

Nənəsi onu da bildirib ki, nəvəsi idmançı idi, bir neçə yarışın qalibi olub.

O, Gülnazın bu il 11-ci sinfi bitirdiyini də deyib.

Qeyd edək ki, Samux təmsilçisi Gülnaz Məmmədova kikboksinq idman növü ilə məşğul olub.

Sonuncu dəfə Gəncədə keçirilən kikboksinq üzrə XXX Azərbaycan birinciliyində qızıl medal qazanıb.

***

Samuxda Kürdə batan 17 yaşlı qızın meyiti tapılıb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, suda batan Gəncə şəhər sakini, 2009-cu il təvəllüdlü G. Məmmədovanın meyiti sudan çıxarılıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

***
09.10.2026
20:13

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Samux rayonu, Yenikənd kəndində kanalda 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 2009-cu il təvəllüdlü Məmmədova Gülnaz Elçin qızının batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

Samux rayon ərazisində Kür çayında batan şəxsin kimliyi açıqlanıb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, batan şəxs 17 yaşlı G.Məmmədovadı. 

***

Samux rayon ərazisində 1 nəfər Kür çayında batıb.

Redaktor.az xəbər verir ki, hadisə Kür çayının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, Kür çayında bir nəfər boğulub. Hazırda hadisə yerinə FHN xilasediciləri cəlb edilib.

Faktla bağlı araşdırma aparılır (APA).

Vumart və Güvən reklamı Vumart Güvən