İcra başçısının sürücüsü faciəvi şəkildə öldü - FOTO

 09:26 10.08.2026     804

Zaqatalada ağır yol qəzası baş verib.

Redaktor.az lent.az-a istinadən xəbər verir ki, hadisə Zaqatala-Qax yolunun rayonun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı “Opel” və “VAZ 2199” markalı avtomobillər toqquşub. Nəticədə, “VAZ”ın sürücüsü Laçın Hacıyev hadisə yerində ölüb, bir neçə nəfər isə yaralanıb.

Məlumata görə, qəzada ölən şəxs Zaqatalanın icra başçısı Mübariz Əhmədzadənin sürücüsüdür.

Faktla bağlı araşdırma aparılır.

İcra başçısının sürücüsü faciəli şəkildə öldü - FOTO

Vumart və Güvən reklamı Vumart Güvən