Kürdə batan şəxsin meyiti TAPILDI

 09:10 13.08.2026     225

Ötən gün Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində batan şəxsin meyiti tapılıb.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, 2005-ci il təvəllüdlü Abdullayev Təhməz Natiq oğlunun meyiti Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən 1,5 kilometr aralı suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Vumart və Güvən reklamı Vumart Güvən