Samuxda kütləvi zəhərlənmə - YENİLƏNİB

 14:54 13.08.2026     524

Samux rayonunda ət məhsulundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxslərin sayı 11-ə çatıb.

Redaktor.az xəbər verir ki, 1986-cı il təvəllüdlü Sevinc Allahverdiyeva da eyni diaqnozla Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.

Məlumata görə, aparılan ilkin müayinələr nəticəsində pasiyentlərdə qarayara xəstəliyinin əlamətlərinin olduğu müəyyən edilib. Hazırda araşdırma aparılır.

***

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib.

Redaktor.az "Trend"ə istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.

İlkin məlumata görə, 5 nəfər Gəncə Abbas Səhhət adına Birləşmiş Xəstəxananın infeksion xəstəliklər bölməsinə yerləşdirilib. Həmin şəxslərin ət məhsulundan zəhərləndiyi ehtimal olunur. Onlar Kəlbəcər, Daşkəsən və Gəncə şəhər sakinlərdir. Xəstəxanaya yerləşdirilən şəxslər 1984-cü il təvəllüdlü Seymur Əliyev, 1986-cı il təvəllüdlü Elçin Cabbarov, 1975-ci il təvəllüdlü Mehriban Orucova, 1980-ci il təvəllüdlü Azər Allahverdiyev, 1976-cı il təvəllüdlü Məlahət Allahverdiyevadır.

Faktla bağlı araşdırmalara başlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən