Vətəndaşlardan qanunsuz saxlanılan 7 silah GÖTÜRÜLÜB

 11:29 15.08.2026     301

Dünən vətəndaşlar tərəfindən qanunsuz saxlanılan bir avtomat silahı, altı tüfəng, iki patron darağı və 56 ədəd müxtəlif çaplı patron aşkar edilib.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Qeyd edilib ki, qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən