Göyçay sakininin kanalda meyiti TAPILDI

 17:25 16.08.2026     456

Şirvan kanalının İsmayıllı rayonunun Qubaxəlili kəndi ərazisindən keçən hissəsində kişi meyiti tapılıb.

Redaktor.az xəbər verir ki, hadisə ilə bağlı əraziyə polis əməkdaşları cəlb olunub.

İlkin araşdırmalar zamanı suda batan şəxsin Göyçay şəhər sakini Tahir Quluyev olduğu müəyyənləşib.

Ölümün dəqiq səbəbi və hadisənin digər təfərrüatları araşdırmadan sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır (APA).

Vumart və Güvən reklamı Vumart Güvən