Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxslər həbs edildi

 12:01 18.08.2026     407

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Mirxas Abbasov, Elməddin Məmmədov və Şamil Kəlbiyev saxlanılıblar.

Redaktor.az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadla xəbər verir ki, onlardan aqrotexniki qaydada qulluq edilərək yetişdirdikləri 116 ədəd narkotik tərkibli kol aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Vumart və Güvən reklamı Vumart Güvən